Ayrıldıqdan sonra yeni səhifə açmağın 7 yolu

Ayrılmaq aşiq olmaq qədər təbii prosesdir. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, çoxumuz ayrılığı qəbul etməkdə çətinlik çəkə bilərik. Ayrıldıqdan sonra həyatımıza necə davam edəcəyik? Bu hadisənin altından rahat çıxmaq üçün bir neçə tövsiyyəni dinləmək lazımdır.

1. Qəbullanın

Münasibətiniz bitdi və əhvalınızın olmaması təbiidir. Qəbul uğurun yarısıdır. Heç bir şey olmamış kimi davranmaqdansa, əvvəlcə bunu etiraf et və bir müddət üzülməyinə icazə ver.

2. Güvəndiyiniz dostunuza zəng edin

Qəbul etdikdən sonra hər şey asanlaşacaq. Həyatın həmişə xəyaldan ibarət olmadığını xatırladıqdan sonra gerçək həyata qayıtmağa başlaya bilərsiniz.

3. Özünüzü kəşf edin

Birisi ilə yaşamaq səni özündən bir az uzaqlaşdırmış ola bilər. Çoxdan bəri edə bilmədiyiniz və ya xəyal etdiyiniz şeyləri etməyə başlayın. Qarşınızdakı sevmir deyə məhrum olduğunuz hər şeyi yenidən edin. Bu sizə nə itirdiyinizi deyil, bu günə qədər nə qazandığınızı xatırladacaq.

4. Özünüzə qulluq edin

Qadınlar üçün ən yaxşı vaxt güzgüyə baxıb özlərindən razı qaldıqları zamandır. Gözəllik salonuna gedin, masaj etdirin, dəriyə qulluğu gücləndirin, bir sözlə laqeyd olduğunuz şeylər haqqında daha çox düşünün.

5. Gələcəklə bağlı planlar qurun

Ayrılıqdan bir müddət keçdikdən sonra gələcəyinizi planlaşdırmağa başlaya bilərsiniz. Karyeranızı planlaya, müxtəlif ölkələrə səyahət edə və səyahət təəssüratlarınızı yaza bilərsiniz.

6. Keçmişinizlə üzləşin

Özünüzü ya qarşınızdakını günahlandırmağın heç bir mənası yoxdur. Qəzəb, intiqam istəyi səni sağaltmayacaq. Nifrət eyni zamanda sevginin hər an canlana biləcəyinin göstəricisidir. Buna görə təcrübələrinizlə barışın.

7. Zamana buraxın

Zaman nə edirsən et keçər və heç nə əvvəlki kimi qalmaz. Hər ağrı bir gün səngiyəcək. Zamanın sehrli gücünə inanın. Yaxşı sürprizləri görməməzliyə vurmayın. Çünki, həyat sürprizlərlə doludur.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə