Keçi südlü sabunun inanılmaz FAYDALARI

Keçi südü ilə hazırlanmış gözəllik məhsulları son illərdə getdikcə populyarlaşır. Xüsusilə də keçi südü sabununun dəriyə faydaları saymaqla bitmir. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu sabun qara nöqtələrin və sızanaqların əmələ gəlməsinin qarşısını alıraq, ölü dərini təmizləyir və dərinin tarazlığını qoruyur.

Bəs keçi südü sabununu necə istifadə etməliyik?

Hava çirkliliyindən və xarici amillərdən danışarkən dərimiz həddindən artıq zəhərli maddələrə məruz qalır. Nəticədə, dəri problemləri ilə qarşılaşırıq. Dəri problemlərini aradan qaldırmanın ən təsirli yolu düzgün dəri təmizliyidir. Bu baxımdan keçi südü sabunu köməyimizə gəlir. Dərinin nəm balansını qoruyan keçi südü sabunu, dərini təmizləyərkən, sızanaq kimi problemlərin qarşısını alır.

Keçi südü sabununun dəriyə faydaları aşağıdakılardır:

- Keçi südlü sabun nəmləndirici təsir göstərir. Bu xüsusiyyəti ilə dəri üçün rahatlama təmin edir.

- Həssas dərisi olanlar da bu sabuna üstünlük verə bilərlər. Təbii keçi südlü sabun dərini qıcıqlandırmır.

- Tərkibində selenyum olan keçi südü sabunu dərini günəşin ultrabənövşəyi şüalarından qoruyur.

- Sızanaq və qara nöqtələrin qarşısını almaqla yanaşı dərinin pH səviyyəsini də tarazlayır.

- Dərini qidalandırır və ölü dərinin çıxarılmasına kömək edir.

- Daimi istifadədə dərini yağdan və kirdən təmizləyir.

Bu sabundan necə istifadə edək?

Əvvəlcə dərinizi isladın. Sonra keçi südlü sabunu dərinizə yumşaq bir şəkildə masaj edərək tətbiq edin. Lakin, sızanaqlar varsa, birbaşa üzə çəkməməyə diqqət edin. Bunun əvəzinə əvvəlcə əlinizdə köpüklədin, sonra bölgəyə sürtün. Problemli bir dəriniz varsa, istifadə etməzdən əvvəl mütəxəssislə məsləhətləşmək faydalıdır.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...