Makiyajla dişlərinizi ağartmağın sirləri - TÖVSİYƏ

Dişlərimizin ağ görünməsi hamımızın arzusudur. SİA xəbər verir ki, diş ağartma əməliyyatı üçün dəqiqələrinizi və pulunuzu xərcləməzdən əvvəl, dişlərinizi daha açıq göstərmək üçün bəzi makiyaj hiylələrinə əl atın. Aşağıdakı dörd qızıl qayda dişlərinizin olduğundan daha ağ görünməsini təmin edəcək. Sizə isə inamla gülümsəmək qalacaq! 1. Uyğun pomada seçimi Mavi alt tonları olan tünd pomadalar dişlərindəki sarının bilinməsini azaldacaq. Yaxşı bu tonlar hansılardır? Parlaq qırmızı və böyürtkən rəngi. Şanslısınız ki, bu tonlar əsla dəbdən düşmür. 2. Bürünc görünüşdən kömək alın. Üzünüzə müəyyən bir bürünc rəngi qat. 3. Dodaqlarınızı cəlbedici edin, İşıqlandırıcının köməyi ilə dodaqlarının şəklini ön plana çıxarın və daha dolğun görünməsini təmin edin. Tünd tonlu bir pomadayla makiyajınızı tamamladıqda dişləriniz heç olmadığı qədər möhtəşəm görünəcək. 4. Tünd pomadaya bənzər olaraq, soyuq far tonları da, dişlərdəki sarının daha az diqqətə çarpan olmasını təmin edəcək. Gülüşünü vurğulamaq üçün, baxışlarını bənövşəyi və mavi tonlarla edin.
Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə