Hər qadının bilməli olduğu 11 saç baxımı məsləhəti

Sağlam və baxımlı saçlar gözəlliyimizin əvəzolunmaz hissəsidir. Lakin, baxımlı saçlar səy və vaxt tələb edir. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, sizi bunlardan xilas edərək, vaxtınıza qənaət edəcək saç baxımı məsləhətlərini təqdim edirik!

1. Dalğalar üçün plastik çubuqdan istifadə edin

Saçburan feninə ehtiyac olmadan, səhərlər saçlarınızı plastik çubuqlara büküb bir gecə saxlayaraq qıvrım saç əldə edə bilərsiniz.

2. Parlaqlıq üçün limon suyu

Saçınıza parlaq sarışın rənglər vermək istəyirsinizsə, limon suyu tətbiq etməyə və günəşə çıxmağa çalışın. Nəticədə saçlarınızın rənginin açıqlandığını görəcəksiniz.

3. Saç kremini su ilə qarışdırın

Saç kremini isti su ilə qarışdırın və sprey şüşəsinə doldurun. Saçınıza sprey tətbiq etdikdən sonra tərzi daha uzun müddət qalıcı, parlaq və baxımlı görünür.

4. Saç aksessuarlarına da sprey tətbiq edin

Aksessuar taxmadan əvvəl saçınızı spreyləyin. Beləliklə saçlarınız daha sabit olacaq.

5. Şampuna karbonat əlavə edin

Şampununuza 1 xörək qaşığı soda əlavə edin və saçınızı yuyun. Soda saçlara parıltı verəcək.

6. Duşdan əvvəl saçınızı darayın

Duş zamanı saç tökülməsini minimuma endirmək üçün saçınızı əvvəlcədən tarayın.

7. Saç təbaşiri əvəzinə, göz kölgəsi vurun

Saç təbaşiri saçlara rəng qatmağın ən əyləncəli yoludur. Lakin, bunun üçün həmişə təbaşirə ehtiyacınız yoxdur. Ənlikdən çəhrayı, göz kölgəsindən isə digər rənglər üçün istifadə edə bilərsiniz.

8. Elektrikləşmənin qarşısını almaq üçün...

Saçınızın elektriklənməməsi üçün daramadan əvvəl salfeti darağa keçirib darayın. Bu üsul saçlarınızı daha uzun müddət səliqəli saxlayacaq.

9. İnadçı saçlar üçün krem

Saçınızı yığdıqdan sonra kənarlarda inadçı saçların böyüməsinin qarşısını almaq üçün diş fırçanıza biraz saç kremi qoyun və düzəltmək istədiyiniz bölgəyə çəkin.

10. Saçınızı dəsmala bükməyin

Saçların dəsmala bükülməsi ciddi ziyana səbəb ola bilər. Bunun əvəzinə yumşaq hərəkətlərlə saçınızdakı nəmin təmizlənməsinə diqqət yetirin.

11. Kokos yağı istifadə edin

Kokos yağı saç dərisini nəmləndirir və kəpəklə mübarizə aparır. Dərinizə bir az yağ çəkin və bir gecə saxlayın. Ertəsi səhər şampunla yuyun.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə