Bu qidalar orqanizmə zərər verir DİQQƏT

Araşdırmalara görə, hər il 11 milyon insan səhv və zərərli pəhrizlər səbəbi ilə ölür. SİA-nın verdiyi məlumata görə, araşdırmalar nəticəsində səhv qidalanmaq siqaretdən də çox sağlamlığımıza zərər verə bilər. Yemək sağlam bir həyat üçün əhəmiyyətli bir rol oynayır. Hər gün yediyimiz qidalar bizi doyurmaqla yanaşı, immunitet sistemimizi gücləndirir, düzgün işləməyə və bir çox xəstəlikdən qorumağa sövq edir. Araşdırmaların nəticəsi olaraq elm adamları 5 ölümdən birinin qida pozğunluğundan qaynaqlandığını aşkar edib. Bu səbəbdən nəyi və necə istehlak etdiyimiz son dərəcə vacibdir.

1. Tərkibində dadlandırıcı olan qida
Şirniyyatlı, turşulu qidaların yalnız çox kalorili olduğunu düşünürsünüzsə yanılırsınız. Bu qidalara hormonlarınıza təsir edən qoruyucu qidalar da daxildir.

2. Cipslər
Bu qidalarda hormonlarınıza təsir edən qoruyucu qidalar var. Filmlərə və ya TV şoularına baxarkən cips yemək əvəzinə bişmiş məhsullara üstünlük verə bilərik.

3. İşlənmiş ətlər
Tərkibinə kimyəvi qatqı maddələri əlavə olunan ətlər orqanizmdə xərçəng riskini artırır. Bununla yanaşı həmin ətləri həzm etmək çox çətindir.

4. Ağ çörək

Ağ çörəyin sağlamlığımıza zərərli təsirlərini hamımız bilirik, ancaq təkrarlamağa dəyər. Ağ çörəyin tərkibində qidalandırıcı maddələr yoxdur. Bu da qan şəkərinin sürətlə artmasına səbəb olur.

5. Fast food
Hamburger və qızardılmış kartofun dadları çox yaxşı ola bilər amma sağlamlığa zərərli olduqları bir həqiqətdir. Onun əvəzinə ev üsulu ilə sağlam yemək hazırlaya bilərsiniz.

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə