Ətir bədənin hansı bölgələrinə tətbiq olunmalıdır? VACİB MƏLUMAT

Ətir insanın ən vacib imzasıdır. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi verdiyi məlumata görə, mütəxəssislər ümumiyyətlə, bənzərsiz bir qoxu müəyyənləşdirməyi və davamlı istifadə etməyinizi tövsiyə edirlər. Həmçinin, hazırkı mövzumuz düzgün parfüm seçməklə deyil, parfümün düzgün istifadəsi ilə bağlıdır. Bəs, ətir bədənin hansı hissələrinə tətbiq edilməlidir?

1. Dizlərin arxası

Qəribə səslənə bilər, ancaq dizinizin arxasına ətir vurmaq, həmin bölgədəki nəbz nöqtəsi sayəsində daha yaxşı effektivlik əldə etməyə imkan verəcək. Ən yaxşı nəticə üçün duşdan sonra nəmləndirici krem ​​tətbiq edin və üstünə ətir vurun.

2. Ayaqlarınıza tətbiq edin

Bu bölgəyə ətir vurmaq bir az riskli görünə bilər. Lakin budların daxili hissəsinə ətir tətbiq etdiyiniz zaman parfüm qoxusu gün ərzində sabit qalır.

3. Boyunun sinə hissəsinə tətbiq edin

Açıq paltar geyinəcəksinizsə, o bölgəyə ətir tətbiq etmək yaxşı seçimdir. Dekolte sahəsi biləklər qədər güclü olmasa da, incə bir qoxu verir.

4. Qarın nahiyəsinə sıxın

Qarnı açıq bir paltar geyinəcəksinizsə, ətri qarnınıza səpməkdən çəkinməyin. Parfüm bu sahədə qalıcılığını qoruya bilər.

Bunları etməyin!

Qoltuq altına parfüm tətbiq etmək yanma hissi və qaşınmaya səbəb ola bilər. Həm də qalıcı olmaz.

Gözlərin ətrafı

Gözlərinizin ətrafına ətir vurmaqdan mütləq çəkinməlisiniz. Alkoqol və etil əsaslı ətirlər çox həssas nöqtələrlə təmasda olduqda ciddi ziyana səbəb ola bilər.

Əlinizə vurmayın

Ətirinizi biləklərinizə sürtmək olar, ancaq əllərinizə sürtməkdən çəkinməlisiniz. Alkoqollu ətirlər əllərin qurumasına, çatlamasına və hətta qanamasına səbəb ola bilər.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə