Evlilikdə uşaqdan sonra ortaya çıxan 5 problem

Valideyn olmaq həyəcanı əvəzsiz olsa da, sağlam əlaqəni qorumaq körpənin yaşadığı mühit üçün xüsusilə vacibdir. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, evlilikdə uşaqdan sonra ortaya çıxan problemlər bunlardır.

Daimi mübahisələr.

Bir-birlərinə minnətdarlıq göstərən cütlüklərin evliliyi daha möhkəmdir. Adi bir "təşəkkür" mübahisənin həllində böyük rol oynayır.

Hər şeyin məsuliyyətinin sizin üzərinizə yüklənməsi.

Bu zehni yük ağır ola bilər. Bəzi şeyləri yüngülləşdirmək üçün həyat yoldaşınıza təhvil verməlisiniz. Həyat yoldaşınıza söyləyin ki, işin bir hissəsini götürsə, ikiniz də daha xoşbəxt olacaqsınız. Tapşırıqları paylaşmağa başladıqca hirsiniz azalacaq və hər şey yaxşı olacaq.

Həyat yoldaşınızın uşağınıza olan diqqətinizi qısqanırsınız.

Bazar gününü ikinizə ayırın. Uşağınızı ananıza və ya maraqlana biləcək birinə buraxdıqdan sonra, yoldaşınızla nahar yeməyinə gedin.

Söhbət mövzunuz yalnız uşaqdır.

Hər gecə söhbət etmək üçün ən az 10 dəqiqə vaxt ayırın. Məsələn, gələcək xəyallarınızı müzakirə edin və ya məsləhətləşin.

Hər şey adiləşib.

Yeni bir restoranı sınayın, birlikdə rəsm dərsinə yazılın və ya konsertə gedin. Mütəmadi olaraq birlikdə yeni təcrübələr yaşayan cütlüklər, davamlı olaraq eyni şeyi edən cütlüklərdən daha xoşbəxtdirlər. Uşağınızla etdiyiniz yeni bir fəaliyyət belə nəticə verir.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə