Sağlam qida həmişə yaxşı dad vermir. Ancaq bu, bananla əlaqəli deyil. Banan ən çox sevilən meyvələrdən biridir. Əlbəttə, yeganə üstünlük onun ləzzəti deyil. Əsasən idmanla məşğul olan və arıqlamaq istəyən insanların tez-tez istehlak etdiyi bananın sağlamlığa bir çox faydası var. Bəs gündə 2 banan yeməyin faydası nədir?
1. Çəki itirirsiniz
Liflə zəngin olan banan aclığı yatırır. Kilo almasının qarşısını alan nişasta da vardır. Qandakı şəkər səviyyəsini azaldır və insulin həssaslığını artırır. Nəticədə daha sürətli arıqlayacaqsınız.
2. Təzyiqi normal vəziyyətdə saxlayır
1 bananda təxminən 420 mq kalium var və bu yüksək qan təzyiqinin aşağı salınmasında aktiv rol oynayır.
3. Həzmi yaxşılaşdırır Banan, mədə-bağırsaq traktını qıcıqlandırmadan asanlıqla həzm olunur. Tərkibindəki nişasta bağırsaq bakteriyaları üçün çox faydalıdır. Beləliklə, ishal, qastrit və ya ürək yanmasından əziyyət çəkirsinizsə, banan istehlak etməlisiniz.
4. Anemiya riskini aşağı salır
Anemiya qırmızı qan hüceyrələrinin azalması və qanda aşağı hemoqlobin səviyyəsinin meydana gəlməsi nəticəsində meydana gəlir. Bananın tərkibində qırmızı qan hüceyrələrinin istehsalını stimullaşdıran dəmir var. Bununla yanaşı bananda qan şəkəri səviyyəsini tənzimləyən və anemiya xəstələrinə kömək edən B6 vitamini də var.
5. Vitamin çatışmazlığını azaldır
Banan gündəlik vitamin B6 ehtiyacımızın 20%-ni ödəyir. B6, bədənin sağlam hüceyrələr qurması üçün lazım olan insulin, hemoqlobin və amin turşuları istehsalına kömək edir. Bununla yanaşı banan gündəlik C vitamini ehtiyacımızın 15%-ni qarşılayır.
6. Enerjinizi artırır
Banan tərkibindəki kalium əzələ sancmalarının qarşısını alır, karbohidratlar idman üçün lazım olan enerjini təmin edir.
7. Gərginlik səviyyəsini aşağı salır
Banan, xoşbəxtlik hormonunu sərbəst buraxmanız lazım olan triptofan istehsalına kömək edə bilər. Orta hesabla hər bir bananın tərkibində təxminən 27 mq maqnezium var. Bu mineral yaxşı əhval-ruhiyyə və sağlam yuxu üçün vacibdir.
Arzu Elsevərqızı
Bütün xəbərlər Facebook səhifəmizdə