Marsa göndərilmiş helikopter dördüncü uçuşunu həyata keçirə bilməyib
Marsa göndərilmiş “Ingenuity” helikopteri planetin səthi üzərindəki dördüncü uçuşunu həyata keçirə bilməyib.
SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Milli Aeronavtika və Kosmik Məkanın Araşdırılması İdarəsinin (NASA) Reaktiv Hərəkət Laboratoriyasının “Twitter” səhifəsində bildirilib.
“Əsaslı dördüncü uçuş çərçivəsində helikopter Marsın səthindən qalxa bilmədi. Mütəxəssislər komandası məlumatları dəyərləndirir və tezliklə yenidən cəhd etmək niyyətindədir”, - məlumatda belə deyilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB