İnək südündən hazırlanan sprey yaradılıb COVID-19-a qarşı

Estoniyada elm adamları koronavirusdan qorunmaq üçün inək südündəki antikorlara əsaslanan bir sprey hazırlayıblar. SİA xəbər verir ki, həftəlik dərc olunan "Eesti ekspress"-ə görə dərman marketinq lisenziyası da alıb.

"Hazırda mövcud olan məlumata görə, koronavirusdan qoruyan burun spreyi satış üçün lisenziya alıb və Estoniya apteklərində 3 may bazar ertəsi günü satışa təqdim ediləcək", deyə nəşr məlumat yayıb.

Sprey peyvəndi və maskanı əvəz etmir, əksinə, koronavirusun yayılmasının qarşısını almaq üçün əlavə bir tədbirdir.

Tartu Universitetinin Texnologiya İnstitutunun professoru Marta Ustavanın fikrincə, vasitə üçüncü koronavirus dalğasının qarşısını ala bilər.

Nəzərə çatdırılır ki, sprey yeddi yaşından etibarən uşaqlar və laktoza qarşı dözümsüzlükdən əziyyət çəkənlər tərəfindən də istifadə edilə bilər.

Xatırladaq ki, Estoniyada koronavirus pandemiyası başlayandan bəri 1158 nəfər ölüb və 121 657 infeksiyaya yoluxma hadisəsi təsbit edilib.

Diqqətə çatdıraq ki, bir qədər əvvəl Rusiyada bir saniyədə koronavirusun "öldürülməsi" ilə bağlı bir xəbər də yayılmışdı.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə