Dişlərimizi ağartmaq və ən yaxşı qulluq məhsullarından istifadə etmək üçün böyük vəsait xərcləyirik. Bunlar tez-tez effekt versə də, yediyimiz və içdiyimiz bir çox qida dişlərimizi yenidən saralda bilər. Bəs nə edəcəyik? Makiyaj fəndlərinə müraciət edəcəyik! SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu şəkildə dişlərimiz daha ağ görünəcək və böyük məbləğ xərcləmək məcburiyyətində qalmayacağıq. Üstəlik, məşhurlar da bu üsulları tətbiq edirlər.
1. Açıq rəngli dodaq qələmini sınayın
Dodaq qələmi bir çox qadının istifadəsinə laqeyd yanaşdığı makiyaj məhsuludur. Dodaqları daha həcmli göstərir və pomada daha uzun müddət qalır. Dodaqlarınızı konturladıqdan sonra makiyajınızı 2 ton tünd dodaq boyası ilə tamamlayın. Bu metod dişlərinizi daha bəyaz göstərəcək.
2.Bronzer istifadə edin
Tünd dərili insanların dişləri olduğundan daha ağ görünür. Yanaq və buruna tətbiq edilən mat bronzlaşdırıcı ən yaxşı şəkildə işə yarayır.
3.Gözlərinizi ön plana çıxarın
Gözlərinizə düzgün makiyaj tətbiq etmək diqqəti dişlərinizdən uzaqlaşdırmağın və insanların ağzınızdan çox gözlərinizə yönəlməsinin açarıdır. Bunun qara göz layneri və tuş istifadə edə bilərsiniz. Göz kölgələri üçün gözlərinizi fərqləndirəcək mavi çalarları seçin. Şaftalı rənglərdən çəkinin. Bu rənglər dişlərinizi daha sarımsı göstərə bilər.
4. Alt tonu mavi olan dodaq boyası seçin
Beyonce'nin istifadə etdiyi bu üsul, təbəssümün daha ağ görünməsi üçün əla bir işarədir. Ağ təbəssümün açarı mavi alt tonları və ya sərin tonları olan dodaq boyalarıdır. Cəsarətli olmaq istəyirsinizsə, hətta bənövşəyi rəngli dodaq boyası da seçə bilərsiniz. Mavi alt ton pomadalarındakı kölgələr dişlərinizə zidd olacaq və onları daha ağ göstərəcək. Göz kölgələrində olduğu kimi, dodaq boyasında narıncı və mis tonlarından çəkinməlisiniz. Çünki, bunlar dişlərinizi sarı göstərə bilər.
5. Dodaq parıldadıcısı vacibdir
Dodaq parıldadıcısı ağzınızın daha parlaq və dolğun görünməsi üçün mükəmməl üsuldur. Bu ecazkar material dişlərinizin daha ağ görünməsində də çox təsirlidir. Əvvəlcə bir pomada çəkin və üzərinə bol miqdarda parıldadıcı çəkin. Xüsusilə, dodaqlarınızın ortasında çox parıltı çəkin. Bunu etdikdə dişləriniz ağ görünməklə yanaşı, eyni zamanda, fərqlənəcək.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB