ABŞ-dan olan kosmonavt Maykl Kollins 90 yaşında vəfat edib.
SİA-nın məlumatına görə, bu barədə onun yaxınları “Twitter” səhifəsində xəbər yayıblar.
M.Kollins 1969-cu ildə aya ilk uçuş edən "Apollon-11" missiyasının üç kosmonavtından biri olub. Onunla birgə bu proqramda Nil Armstronq Və Bazz Oldrin iştirak ediblər.
Kosmonavtın xərçəng xəstəliyindən dünyasını dəyişdiyi bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB