Yeni doğulmuş körpələrlə yanaşı, valideynin həyatında da bəzi dəyişikliklər baş verir. Körpələr dünyaya gəlmədən əvvəl hazırlıqlar görülür. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, körpələr üçün ən vacib ehtiyaclardan biri də yataqdır. Körpə yatağı necə olmalıdır? Yəni doğulmuş körpələrin yataqları necə seçilir?
Körpə yatağı seçərkən diqqətli olun. Döşəklər körpələrin keyfiyyətli yuxu rejiminə sahib olması üçün çox vacibdir. Bir döşək seçərkən yumşaq və ya sərt bir döşəyin seçilib-seçilməməsi ilə bağlı qərarsızlıq ola bilər.
Körpə yatağı necə olmalıdır?
Uşaq yatağında istifadə ediləcək tekstil məhsulları çox vacibdir. Körpənin rahat və tərləmədən yatması üçün, onu narahat etməyəcək parçalardan istifadə edilməlidir. Həmçinin, yataq çox yumşaq olmamalıdır. Həddindən artıq yumşaq döşək körpənin narahat olmasına səbəb ola bilər. Lakin, çox sərt də məsləhət deyil. Uşaq yatağı orta sərtlikdə olmalıdır. Çox yumşaq döşəklərdə körpə üzü üstə uzananda nəfəs almaqda çətinlik çəkə bilər.
Körpə yatağı seçərkən yay döşəklərindən daha çox süngər döşəklərə üstünlük verilməlidir. Körpələr pambıq parçalardan düzəldilmiş və döşəməsi hamar olan yataqda yatmalıdır.
Yeni doğulmuş körpə yataqlarını necə seçmək olar?
Yenidoğulmuş körpələrə yataq seçərkən ilk növbədə, rahat şəkildə yatması və nəfəs almasını asanlaşdırması nəzərə alınmalıdır. Yatağın təbii məhsullardan hazırlanması çox vacibdir. Pambıq döşək əvəzinə, orta sərt süngər döşək körpəyə daha sağlam yuxu vəd edir. Səhv bir döşək seçilərsə, körpənin yuxu rejimində bəzi pozulmalar meydana gələcək. Onun bel inkişafı üçün yumşaq döşəklərə üstünlük verilmir. Ən uyğun seçim sərt döşək seçimi olmalıdır.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB