Əldəqayırma təyyarə ilə uçdular və qəzaya düşüb öldülər - FOTO

Pilot və sərnişin İrkutsk vilayətinin Çeremxovski rayonunun Rısevo kəndi yaxınlığında yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində həlak olublar. SİA xəbər verir ki, bu barədə hadisə yerinə baş çəkən Şərqi Sibir nəqliyyat prokurorluğundan məlumat verilib.

“Bu gün günortadan sonra Çeremxovski rayonunun Rısevo kəndi yaxınlığında əldəqayırma, yüngülmühərrikli bir təyyarə yerə düşüb. Hadisə nəticəsində 2 kişi həlak olub”- məlumatda deyilir.

Prokurorluğun mətbuat katibi RBK-ya təyyarənin əldəqayırma olduğunu söyləyib. Agentliyin verdiyi məlumata görə qəzanın sınaq uçuşu zamanı baş verdiyi ehtimal olunur, pilot öz istehsalı olan bu təyyarənin sahibi idi.

Həlak olanların hər ikisinin yerli sakinlər olduğu bildirilir- Sergey Samarskiy (əldəqayırma təyyarənin sahibi sahibi) və Yuri Borisenko.

Elçin

Bütün xəbərlər Facebook səhifəmizdə