Qırışların yaranmasına qarşı 6 təbii yağ

Yaşlandıqca dərimiz sallanmağa və qırışmağa başlayır. Qırışları aradan qaldırmaq üçün bir çox kosmetik məhsul var. Bununla yanaşı, evdə təbii üsullarla maskalar hazırlaya bilərsiniz.

1. Avokado yağı

Yağ turşuları ilə zəngin olan avokado yağı omeqa və A vitamini ehtiva edir. Bu yağ turşuları dəri üçün olduqca qidalıdır. Avokado yağı yaxşı bir nəmləndirici olmaqla yanaşı, günəşin zərərli şüalarından qoruyur.
Avokado yağını aşağıdakı kimi istifadə edə bilərsiniz:

2 xörək qaşığı avokado yağı
Gül və ya lavanta kimi 3-4 damla efir yağı
Hər iki yağı da qarışdırın. Üzünüzə tətbiq etməzdən əvvəl yavaşca silkələyin.

2. Limon yağı

Limon yağı sızanaq və göbələklərin müalicəsində çox təsirlidir. Antioksidan və antimikrobiyal tərkibi sayəsində limon yağı həm də qocalmaya qarşı çox yaxşı bir məhsuldur. İstifadəsi zamanı, yüksək dərəcədə qatılaşdırılmış yağ olduğundan limon yağı, üzüm toxumu yağı, kokos yağı və zeytun yağı kimi yağlarla birgə istifadə olunmalıdır.

3. Lavanda yağı

Lavanda yağı yüksək antioksidan, antimikrobiyal və antibakterial təsirləri ilə sızanaq və qırışlara yaxşı təsir edir. Kiçik bir şüşədə bir neçə damla lavanda yağını kokos yağı və ya başqa bir tamamlayıcı yağ ilə qarışdırın. Bu maskanın gündəlik dəriyə qulluqda istifadəsi qırışlarla mübarizə aparmağa kömək edəcəkdir.

4. Üzüm toxumu yağı

Üzüm toxumu yağı şərabçılığın yan məhsuludur. Üzüm toxumları E vitamini və çox doymamış yağlarla zəngindir.

Üzüm toxumu yağını masaj edərək birbaşa üzünüzə çəkə bilərsiniz.

5. Kök toxumu yağı

Kök toxumu yağı, yerkökü toxumlarının soyuq pres üsulu ilə əldə edilən efir yağıdır. Antiinflamatuar və antimikrobiyal təsiri olan bu yağ həm də qocalma əleyhinədir. Antioksidanlarla da zəngin olan kökü toxumu yağı nəmləndirir və cavanlaşma təmin edir.

Kök toxumu yağı digər ağır yağlar kimi tamamlayıcı yağlarla qarışdırılmalı və dəriyə çəkilməlidir.

6. Təmiz zeytun yağı

Zeytun yağı tərkibindəki vitaminlər və minerallar sayəsində möhtəşəm bir nəmləndirici rolunu oynaya bilər. Antioksidan təsiri ilə qırışları və incə xəttləri də aradan qaldıra bilər.

Bir pambıq topa əlavə sızma zeytun yağı çəkin və dərinizə çəkin. İstəsəniz, içinə bir neçə damcı limon suyu əlavə edə bilərsiniz.

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə