Böyük Britaniyada Uşaq Komissiyasının keçmiş üzvü “TikTok”u məhkəməyə verib

Böyük Britaniyada Uşaq Komissiyasının keçmiş üzvü “TikTok” sosial şəbəkəsini məhkəməyə verib.

SİA xəbər verir ki, Uşaq Komissiyasının keçmiş üzvü Anne Longfild “TikTok”un uşaqların telefon nömrələrinin, videolarının, olduqları yerlərin və biometrik məlumatlarının kifayət qədər xəbərdarlıq etmədən topladığını iddia edib.

Longfild “TikTok”un bu məlumatları toplayarkən kifayət qədər şəffaf davranmadığını, qanunla tələb olunan icazələri almadığını, valideynlərə və uşaqlara bu məlumatları necə istifadə edəcəyi barədə məlumat vermədiyini açıqlayıb.

Əgər sosial şəbəkənin məhkəmədə günahkar olduğu təsdiqlənərsə, zərər çəkən hər bir uşaq adına şirkətdən təzminat tələb ediləcək.

2019-cu ildə ABŞ-dakı Federal Ticarət Komissiyası da uşaqların məlumatlarının toplanmasına görə şirkəti 5 milyon dollar cərimələmişdi.

Video paylaşma tətbiqi olan “TikTok”un dünya üzrə 800 milyondan çox istifadəçisi var. Tətbiqin əsas şirkəti olan “ByteDance”, keçən il reklam gəlirlərindən 37 milyard dollar qazandıqlarını açıqlamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə