Saçın uzanması və tökülməsinin qarşısını alan 7 təbii maska

Saçlar həm qadınlar, həm də kişilər üçün ən vacib aksesuarlardan biridir. Cəmiyyətin 2%-i saç tökülməsindən əziyyət çəkir. Əlbəttə ki, saç tökülməsinin müalicəsi üçün tibbi üsullar var, ancaq evdə müalicənin gücünü nəzərə almağa dəyməz. Evdə asanlıqla tətbiq edə biləcəyiniz 8 təbii maska

1.Yaşıl çay

Yaşıl çayın bir çox faydalarından əlavə saçın uzanması və tökülməsi üçün də faydalıdır. Siçanlar üzərində aparılan bir təcrübədə yaşıl çay istehlakının 6 ay ərzində saç böyüməsini təşviq etdiyi aşkar edilib. Saçlarınızın tökülməməsini istəyirsinizsə, mütəmadi olaraq, yaşıl çay istehlak etməlisiniz.

2.Zəncirotu

Zəncirotu, saçın uzanmasını və tökülməsinin qarşısını alan bir çox mineral, vitamin və iltihab əleyhinə maddələr olan bir bitkidir. Sağlam saçlar istəyirsinizsə, bu sizə kömək edə bilər.

3.Aloe vera

Aloe vera saçdakı artıq yağı və digər qalıqları təmizləyir. Tərkibindəki vitaminlər saç tökülməsinin qarşısını alır və saçların uzanmasını təmin edir.
Aloe veranı saç nəmləndiricisi kimi də istifadə edə bilərsiniz.

4. Nanə yağı

Bir araşdırmada nanə yağının saç diblərindəki qan dövranını təsir edərək saç böyüməsini təmin etdiyi ortaya çıxıb.

5. Soğan suyu

Maraqlı səslənsə də, soğan suyu saç tökülməsini dayandıra bilər.
Gündə iki dəfə saçınıza soğan suyu tətbiq etdikdə, 6 həftədə görünən saç böyüməsi baş verəcəkdir.

6. Kokos yağı

Kokos yağı, mineral yağı və günəbaxan yağı ilə müqayisədə, bir dəfə də istifadə edildikdə yuyulmadan əvvəl və sonra saç zədələnməsinin qarşısını alır.

7. Gənəgərçək yağı

Gənəgərçək yağını mütəmadi olaraq, saçın diblərinə tətbiq edildikdə, incə saçları 4 həftədə bərpa edir və saç telini qalınlaşdırır.

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə