Sosial mediada tanış olub ailə quranlar daha xoşbəxtdirlərmi?

Statistikaya görə, qohumluq əlaqələrinə görə nikah evinə girənlərə nisbətən, sosial mediada tanış olub evlənənlərin sayı artıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, texnologiyadan yaxşı istifadə edən nəsil sosial şəbəkə tanışlığını daha üstün tutur. Bəs, sosial mediadakı tanışlıq evliliyə və münasibətlərə necə təsir edir? Mütəxəssislər bu vəziyyəti necə şərh edirlər?

Sosial media son illərdə evlilik seçimlərini dəyişdirib. Onlayn söhbət adət-ənənəni əvəz edib. Məlumatlara görə, 2010-cu ildən bəri qohum evliliklərində sistematik bir azalma olub. Sosioloq Nilüfer Narlı da məsələyə münasibət bildirib: "Qohumların 40 il əvvəl yaratdığı evliliklər indi çox dəyişib. İndiki nəsil sosial mediada tanış olur".

"Malım-mülküm yada qismət olmasın" fikri dəyişdi.

Sosioloq onu da qeyd edib ki, qohum evliliyi daha çox 80-ci illərdə üstünlük təşkil edib: "Kənd yerlərindən köçün sürətləndiyi 1970-ci illərdə və zirvəyə çatdığı 1980-ci illərdə İstanbul, Aralıq dənizi və Egey sahilləri kimi böyük metropollərə gələn insanlar möhkəm qohumluq münasibətləri ilə ailə həyatı qurublar. Onlar mümkün qədər yaxın qohumlarla evləndilər. Bu həm ənənə, həm də ənənənin parçalanması kimi qəbul edilib. Məsələ həm də iqtisadiyyata əsaslanan bir seçimdir. Çünki, var-dövlətin çölə çıxmaması, yada qismət olmaması və əmiuşağı arasında tamamilə bölüşdürülməsi lazım olduğu kimi anlayışı var idi".

Onlayn tanışlıq trendi hələ davam edəcək.

Sosioloq son olaraq onu da deyib ki, 70-80-ci illərdə özlərini ailənin bir hissəsi kimi görən insanlar, 2010-cu illərdə özlərini fərd kimi görməyə başladılar. Bu, şəhərləşmə və modernləşmənin nəticəsidir. İndi həyat onlayn olub. Düşünürəm ki, bu onlayn tanışlıq trendi davam edəcək. Onlar görüşmək üçün çox vaxtları olmadığı üçün onlayn bir dost və yoldaş tapmağı daha üstün tuturlar".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə