Qadınları başa düşməyin 3 yolu

Bəzi kişilərin fikrincə, qadın ruhundan anlamaq dünyadakı ən çətin şeydir. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, münasibətinizdə bu 3 qaydaya əməl etsəniz, qarşınızdakı insanı daha yaxşı anlayacaqsınız.

Kiçik detallara diqqət

Qadınlar kişilərdən daha diqqətcildir. Çünki kişi beyni rahat və nəticə yönümlü bir şəkildə işləyirsə, qadın beyni keyfiyyət yönümlü işləyir. Yəni, bir yol varsa, kişinin gəlməsi vacibdir, qadın üçün isə yol kənarında dayanan çəhrayı çiçəklərin qoxusu daha önəmli olur. Bunu nəzərə alaraq, həyatınızdakı qadına hansı hədiyyəni alırsınızsa, onu təqdim etmə tərziniz hədiyyənizdən daha vacibdir.

Empatiya qurun

Qadınlar kişilərdən daha çox empatik düşünmə qabiliyyətinə sahibdirlər. Onlar eyni zamanda beyninin sağ (məntiqi) və sol (emosional) loblarını istifadə edə bilərlər. Bu, o deməkdir ki, qadınlar bir hadisə ilə bağlı həm məntiqi, həm də emosional qərarlar verə bilər. Bu vəziyyət kişilər üçün fərqlidir. Kişi ümumiyyətlə ya emosional, ya da məntiqi qərarlar verir. Buna görə qadınların empatik düşünmə bacarıqları kişilərdən daha yüksəkdir. Qadını başa düşmək üçün empatik düşünmək çox vacibdir.

Özünü ifadə etməsinə icazə ver

Qadınların danışma qabiliyyətləri beyninin sol tərəfindədir. Bu vəziyyət kişilərdə fərqlidir. Kişilərin danışıq bacarıqları beyinlərinin ön və arxa hissələrində paylanır. Ona görə bu hal qadınlarda daha çoxdur. Yəni, qadın əsəbiləşdikdə, bunu ifadə etməyi seçir. Kişi isə içinə qapanır və hadisəni həll edənə qədər danışmır. Bu arada, qadının davamlı danışması kişini stresə sala bilər. Kişi qadını başa düşmək istəyirsə, mütləq onu dinləməlidir. Özünü ifadə etməsinə imkan verməlidir.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə