“Facebook”dan gözlənilməz hərəkət

“Twitter”dən sonra “Facebook”un da “Clubhouse”a bənzər bir tətbiqi reallaşdıracağı və istifadəçilərə səsli yazı paylaşma xüsusiyyəti gətirəcəyi bildirilib.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, istifadəçilər Facebook-un “sosial səs” adlandırdığı bu tətbiqetmələrlə “Clubhouse” tətbiqetməsində olduğu kimi, onlayn konfranslar keçirə və qrup söhbətləri edə biləcəklər.
Facebook istifadəçilərin səs səhifələrini ana səhifələrində yerləşdirə biləcəyi bir tətbiq də başlayacaq.

Qeyd edək ki, bu ayın əvvəlində Facebook yaradıcıların danışa biləcəyi və izləyicilərdən canlı suallar ala biləcəyi “Qaynar Xətt” adlı yeni bir tətbiqin hamısını sınaqdan keçirməyə başlayıb.

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə