Rusiyada həkimlər əməliyyatla 2 yaşlı bir uşağın mədəsindən 209 ədəd maqnit topu çıxarıb.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Rusiyanın paytaxtı Moskvada 2 yaşındakı uşaq ailəsinin xəbəri olmadan "neodimyum" adlanan stres topları olaraq da bilinən 209 ədəd maqnit topu udub. Bir neçə gün sonra oğlan nəcisinin qara olduğunu görən ailə həkimə müraciət edib.

Əməliyyatın 2 saat çəkdiyini söyləyən həkimlər, çıxarılan maqnit toplarının bəzilərinin mədə astarını deşə biləcək kəskin kənarlarına sahib olduqlarını ifadə ediblər.

Qeyd edək ki, iki yaşlı körpənin maqnit topunu 2 ay əvvəl udduğu və sağlamlığının yaxşı olduğu bildirilib.

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...