Hamiləlik zamanı ürək bulanması nə vaxt başlayır?

Valideyn olmaq bir-birini sevən, uşaq sahibi olmaq istəyən iki insanın həyatının ən möcüzəli anlarından biridir. Körpənin inkişafını addım-addım izləmək, gələcək valideynlər üçün çox həyəcan verici bir təcrübədir. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hamiləlik dövrü, xüsusilə qadınlar üçün çox çətindir. Gələcək analar bətnində körpənin inkişafını hiss edərkən, bədənlərinin çox fərqli reaksiya verdiyinin şahidi olurlar. Şübhəsiz ki, hormonların tamamilə dəyişdirildiyi hamiləlik prosesinin ən məşhur simptomlarından biri də ürək bulanmasıdır. Hamiləlik zamanı ürək bulanması nə vaxt başlayır? Hamiləlik zamanı ürək bulanması üçün nə yaxşıdır?

Hamiləlik qadın orqanizminin başdan ayağa yeni bir mərhələyə girməsi ilə nəticələnir. Normal zamanda hiss olunmayan bir çox hiss və dəyişiklik hamiləlik zamanı hiss olunur. Övlad sahibi olmaq istəyən cütlüklər üçün bu müddətdə ən vacib şey hamiləlik əlamətlərini diqqətlə izləməkdir. Ən çox görülən simptomlardan biri olan hamiləlik zamanı ürək bulantısı qadın üçün çox həssas bir dövr olduğunu göstərir. Hamiləlik zamanı ürək bulanması dövründə gələcək anaların necə qidalanması lazım olduğunu sizin üçün hazırladıq.

Hamiləlikdə ürək bulantısı nə zaman başlayır?

Ürək bulantısı hamiləliyin ilk əlamətlərindən biri hesab olunur. Gələcək ana hamiləliyin 9 ayında bədənində bir çox dəyişiklik yaşayır. Mütəxəssislər hamiləlik dövründə ürək bulanmasına səbəb olanın plasentanın yaratdığı HCG hormonu olduğunu söyləyirlər. Sağlam bir hamiləlik üçün lazım olan bu hormon ürək bulanmasına səbəb olsa da, ana bədənini körpəyə və hamiləliyə hazırladığı üçün çox vacibdir. Hamiləlikdə bulantı 6-cı həftədən başlayır.

Hamiləlik zamanı ürəkbulanma nə vaxt bitir?

Hamiləlikdə ürək bulanma müddəti ilə əlaqədar zamanla dəqiq bir cavab tapılıb. Hamiləliyin 4-cü və ya 6-cı ayında başlayan ürək bulantısı (bəzən insana görə dəyişirsə də) ümumiyyətlə, 8 həftə davam edir. 14 və ya 16-cı həftəsində isə tamamilə azalır. Bəzi gələcək analarda ürək bulantısının 16-cı həftədən sonra davam etdiyi görülə bilər. Belə bir vəziyyət yaşayan analar həkimlərin rəhbərliyi ilə bu prosesi aşmağın yolunu tapacaqlar.

Hamiləlikdə bulantı üçün nə yaxşıdır?

Ürək bulanması gələcək analar üçün çətin bir prosesin başlanğıcıdır. Hamiləlik dövründə ürək bulanması ilə birlikdə, anaların bəzi qidalara və qoxulara inanılmaz həssaslıq göstərdikləri görülür. Qidalanmanın böyük əhəmiyyət daşıdığı bu dövrdə, onlar çox sevdikləri qidaları yeyə bilmirlər. Hamiləlikdə ürək bulanması üçün həll yolları nədir? Hamiləlik ürək bulantısı üçün effektli olan bəzi şeylər:

- Hamiləlik dövründə ürək bulantısı prosesi başladıqda, diqqətli olmağınız ən vacib şey qidalanma proqramı olacaqdır. Ürək bulanması üçün yaxşı olan qidalar insandan insana dəyişə bilsə də, gələcək ananı yormayacaq bəzi qidalanma üsullarındann danışmaq olar.
- Güclü ürək bulantısı dövründə yuxudan oyandıqda duzlu kraker və qəlyanaltı, dənli bitkilər, düyü tortları kimi qidaları istehlak edin. Krakerlər, peçenye və quru qidalar bu prosesin xilaskarıdır. Bu müddət ərzində yağlı, ədvalı və ağır yeməklərdən imtina edilməlidir. Hamiləlik dövründə pəhriz dəyişdirilməli və daha az yeməyə başlanılmalıdır.
- Ürək bulantısı günün bütün saatlarında eyni intensivliyə malik deyil. Hansı vaxtların daha sıx olduğuna diqqət yetirilməli və qidalanma təqvimi həmin saatlara uyğun olaraq təyin edilməlidir.
- Hamiləlik dövründə protein istehlakı çox vacibdir. Körpənin inkişafı üçün süd, yumurta, pendir, qatıq və dənli məhsulların istehlakına diqqət yetirilməlidir.
- Əlbəttə ki, maye istehlakı hər zamankindən daha çox olmalıdır.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə