İnsanlar bir gün ilanlar kimi zəhərli ola bilər? - ARAŞDIRMA

Avstraliya və Yapon tədqiqatçıları insanların ilanlar və digər zəhərli heyvanlar kimi zəhər istehsal edə biləcəyini kəşf ediblər. Tədqiqat nəticəsində məlum olub ki, insanların tüpürcəyindəki bir protein ilan zəhərinin tərkib hissəsidir. SİA-nın araşdırmasına görə, zınqırovlu ilanları araşdıran elm adamları məməlilərin tüpürcək vəzlərinin zəhərli ilanlarla eyni genetikaya sahib olduğunu görüblər.

Araşdırmada həmçinin insanın kalikrein maddəsi istehsal edə bilməsi də kəşf edilib. Tüpürcəkdə olan bu protein əksər zəhərlərin əsasını təşkil edir. Bunun mənası isə o deməkdir ki, insanlar gələcəkdə zəhərli ola bilər.

"Zəhərlər heyvanların ovlarını və ya düşmənlərini dayandırmaq və ya öldürmək üçün istifadə etdikləri bir protein kokteylidir" deyən tədqiqat müəlliflərindən biri Aqneş Barua zəhərin maraqlı tərəfinin məməlilər də daxil olmaqla bir çox heyvanda rast gəlinsə də, zəhər adətən ağızdan dişləmə yolu ilə ötürülür.

Bununla belə, mütəxəssislər insanların bir gün zəhərə sahib olma ehtimalını qəbul etmirlər. Bunun üçün insanın həyatı və xüsusən yemək tərzini tamamilə dəyişdirməli olduğunu deyən tədqiqatçılar, insan həyatında bu cür şərtlərin meydana gəlməsinə ehtiyac olmadığını söylədirlər.

Təbiətdə heyvanların zəhər istehsal etməsinin iki səbəbi var: "Müdafiə və ov". İnsanların hər iki vəziyyət üçün fərqli silahlara sahib olması bədənin bu istiqamətdə səy göstərməsinin qarşısını alır. Ancaq elm adamları zəhərin mənbəyi olan sözügedən zülalın xərçəng kimi bəzi xəstəliklərin müalicəsində istifadə edilə biləcəyini düşünürlər.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə