Millət vəkilinə şantaj Kondisionerdəki kamera

Millət vəkili Teoman Sancarın şantaja məruz qalması ilə bağlı istintaq tamamlanıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 1-i polis məmuru olan 5 nəfərə "şantaj" və "şəxsi həyat məxfiliyini pozmaq" səbəbindən 9 ilə qədər həbs cəzası istənilib.

Hazırlanan iddianaməyə görə, Fatih Selamet və Teoman Sancar bir-biri ilə əvvəldən tanış olublar. Fatih Selamet bu tanışlığı şantaja çevirmək üçün plan qurub. Polis kürəkəni Bülent Acar Sancarı hədələyib və planı təsdiqləyərək dostu Sadık Sivri və Fatih Kıntaşla icra etdirib.

Plana uyğun olaraq Fatih Selamet Sancarı çağırıb və onu Dənizlidəki iqamətgahına məsələnin müzakirəsinə dəvət edib. Sancar qəbul etdikdən sonra, Kuşadasında plan quran Sadık Sivri və Fatih Kıntaş da Dənizliyə gəliblər. Fatih Selametlə birlikdə mənzilə girərək kameranı kondisionerin üzərinə yerləşdirib mənzildən çıxıblar. Daha sonra isə iqamətgahın yaxınlığındakı avtomobildə gözləməyə başlayıblar.

İttiham aktına görə, Sancar sərxoş olanda Fatih Selamet bu vəziyyətdən istifadə edərək ədəbsiz görüntülər çəkib. Daha sonra Sancar evdən çıxıb. Fatih Selamet də kondisionerdə quraşdırılmış kamera ilə çəkilən görüntüləri götürüb kompüterinə köçürüb. Bölmədən yalnız şəkillərin cinsi cəhətdən açıq hissələri ayrılıb, digər hissələri isə silinib.

Daha sonra aralarında Fatih Karakoçun da olduğu qrup Sancardan pul istəyib. Sancar pul verməyərək, prokurorluğa müraciət edib. Görüntülərin satılacağını eşitdikdən sonra da, şikayət edib. Şübhəlilərdən üç nəfər həbs olunub. İstintaqı tamamlayaraq prokurorluq şübhəlilərin “şantaj” və “şəxsi həyatın pozulması” səbəbindən cəzalandırılmasını tələb edən ittiham aktı hazırlayıb. Şübhəlilər üçün 9 ilə qədər həbs tələb olunub.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə