Arvadını girov götürdü və bir qadını...

İstanbulda boşanma mərhələsində olan arvadının iş yerinə gələn şəxs arvadı ilə mübahisə edərkən onunla eyni iş yerində çalışan bir qadına da atəş edib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ər arvadını girov götürüb. Həmin şəxs polis qrupları tərəfindən saxlanılıb.

Hadisə saat 09.30 radələrində "Tekstilkend"də baş verib. İddiaya görə, boşanma mərhələsində olan arvadının iş yerinə gələn kişi həyat yoldaşı ilə mübahisəyə başlayıb. Mübahisənin intensivliyi səbəbindən eyni iş yerində işləyən qadın ona xəbərdarlıq edib. Bu vaxt kişi gətirdiyi silahla qadına atəş açıb və ayağından yaralayıb. Sonra arvadını zirzəmiyə apararaq, digər işçiləri oradan çıxarıb. Bildiriş verildikdən sonra hadisə yerinə polis və təcili yardım qrupları gəlib. Təcili yardım yaralı qadını təcili yardıma qoyaraq xəstəxanaya aparıb. Qadının həyati təhlükəsi yoxdur. Hadisə ətrafdakı vətəndaşlar tərəfindən görüntüyə alınıb.

Şahid Nermin Çağırdar bunları deyib: "Birinci qızın qışqırığını eşitdim. Sonra qızı silahla sürüyərək buraya gətirib içəri saldı. Polis gəldi. Yaralını görmədim. Qadını xəstəxanaya apardılar".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə