Rəsmlərini sataraq sahibsiz heyvanları bəsləyir - Maraqlı

Konyada yaşayan 24 yaşlı Şeyma Kayan bütün gəlirini zibillikdə yaşayan itlərə xərcləyir. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, sosial mediada şəkillərini satan Kayan bəzən alıcılar tərəfindən aldadılsa da 3 ildir sahibsiz heyvanları bəsləməyi dayandırmayıb.

Yağlı boyalı rəsmlərini sosial mediada satışa çıxararaq, qazandığı bütün gəlirlə küçə heyvanlarını bəsləyir. Uşaqlıqdan bəri rəssamlıq qabiliyyətinə sahib olan Kayan sənətini çox sevdiyi küçə heyvanlarının xeyrinə istifadə etməyə qərar verib.

Pullarının bir hissəsi ilə yeni rəsmlər üçün kətan və boya kimi materiallar alır və qalan pulla zibillikdəki yüzlərlə iti bəsləyir.

Yaralı heyvanlara kömək edir.

Heyvanlar aləmini daha yaxşı anlamaq və tibbi fayda təmin etmək üçün ali təhsil alaraq, laboratoriya və baytarlıq sağlamlığı şöbəsini bitirərək, xəstə və yaralı heyvanlara da kömək edir.

Uşaqlığından bəri heyvanları çox sevdiyini bildirən Kayan: "Yolda tapdığım tısbağanı, torpaqdan tapdığım qurdu, yaralı quşları daima evə aparırdım. Bu mənim üçün çox fərqli bir dünyadır" deyib.

Kayan, hər ay aldığı 40-50 kiloqram yemi heyvanlara payladığını bildirib.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə