Eqoist insanlarla mübarizə yolları BUNLARDIR

Eqoistlik, başqasının düşüncələrindən və ehtiyaclarından asılı olmayaraq, yalnız öz ehtiyacları və düşüncələri barədə düşünmək deməkdir. Eqoistliyi özünü düşünməklə qarışdırmaq olmaz. Özünü düşünmək, sağlam bir davranışdır, ancaq öz düşüncəsi başqalarının ehtiyaclarına məhəl qoymadan həyata keçirilirsə, bu eqoistlikdir. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, psixoloq Fundem Ece Kaykaç, eqoist insanlarla necə davranılacağına dair vacib məlumatlar verib.

Eqoistliyin səbəbləri nələrdir?

Onun sözlərinə görə, Eqoistlik uşaqlığımızda öyrənilmiş bir davranış ola bilər: “Uşaqlar izləmək və təqlid etməklə öyrənirlər. Eqoist davranış uşaq vaxtı nümunə götürdüyümüz insandan öyrənilir. Bu səbəbdən uşaqlıq xatirələrimiz böyük əhəmiyyət kəsb edir”.

Eqoist insanlarla necə yola getmək olar?

Eqoist insanlar öz ehtiyaclarını digər şəxsin ehtiyacından daha vacib hesab edirlər. Əməkdaşlıq tələb edən məsələlərə uyğunlaşmaqda və tənqidləri qəbul etməkdə çətinlik çəkirlər. Bəs eqoist insanlarla necə davrana bilərik? Bunun öhdəsindən gəlmək üçün əvvəlcə özümüzü çox yaxşı tanımalıyıq. Öz düşüncələrimizi, sxemlərimizi bilməliyik ki, onlarla məşğul ola bilək. Eqoist insanlarla münasibət qurmaq üçün onlarla məhdudiyyətlər qoya bilərik. Bu sərhədləri təyin etməkdə çətinlik çəkirsinizsə, öz diaqramlarımıza baxmağın vaxtı gəlib deməkdir. Bəzi insanların "qurban vermək, təslim olmaq" sxemləri var. Bu sxemlər "Niyə bizdə var? və ya "Bu sxemləri necə dəyişdirə bilərəm?"

Eqoist insanlar bir çox məsələdə sizi günahlandıra bilər. Belə hallarda öz fikirlərinizi bildirməkdən çəkinməməlisiniz. Özünüzü davamlı olaraq altdan götürərək izah etmirsinizsə, qarşı tərəf bu davranışına davam edəcək. Çünki, etdiklərinin doğru olduğunu düşünəcək.

Eqoist insanlar istədikləri kimi olmadıqda üzərinizə gələ bilərlər. Bu zaman onunla onun dilidə danışmalısınız.

Eqoist biri ilə söhbət edərkən, əslində, onun sizi dinləmədiyi kimi hallarla qarşılaşa bilərsiniz. Onlar yalnız, özlərinə sərf edən məsələlər haqqında danışmağı sevirlər. Bu zaman ümumi məslələr açaraq söhbətin məğzini dəyişə bilərsiniz.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə