İtirilmiş Atonun yüksəlişi şəhərinin sirləri

Misirin elm adamları Luksor şəhərindən az bir məsafədə, itirilən “qızıl şəhər” tapıblar. Burada tapılan əşyaların, eramızdan əvvəl 1391-1353-cü illərdə hökmranlıq edən III firon Amenhotepin hakimiyyəti dövrünə aid olduğu göstərilir. Qeyd edək ki, hazırda tapıntılar azlıq təşkil etsə də, amma arxeoloqlar bu tapıntıları misilsiz sənət əsərləri adlandırırlar.

SİA xarici mətbuata istinad edir.

...Min illər bundan əvvəl qurudulmuş balıqlar, müxtəlif keramika qabları, boyunbağılar, zinət əşyaları, möhürlər və digərlərinın hamısı Zahi Havassın rəhbərlik etdiyi bir qrup Misir arxeoloqu tərəfindən Atonun yüksəlişi adı verilmiş şəhərdə tapılıb.

Misirin Antik Əşyalar Nazirliyinin baş arxeoloqu Maqdi Şakerə görə, aşkar edilmiş şəhər Qədim Misirin ən böyük yaşayış yerlərindən biri olub. Qeyd edək tapılan şəhərin sahəsi 20 kvadrat kilometrə yaxındır və şəhərin özü yaşayış sahəsini xatırladır.

Bildirək ki, tapıntılar arasında fironun ehtimal edilən üç sarayı da var. Onu da bildirək ki, şəhərin tikintisində daha çox xam kərpicdən istifadə edilib və ona görə də onun bərpa edilməsi elə də bir çətinlik yaratmayacaq.

Qeyd edək ki, Qədim Misir sivilizasiyasında Aton, insan əllərinin uzandığı Günəş diski və şüalar şəklində təsvir edilir. Bu isə firon ailəsi üçün həyat və firavanlıq ifadəsinin təzahürünü ifadə edir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə