Saçlarınızı qurudarkən bu yalnışlığa yol verməyin ZİYAN OLA BİLƏR

Saç tellərini həmişə genetik hesab edirik. Düşünürük ki, qalın və ya nazik saçlara sahib olanda bu həmişə belə davam edir. Ancaq bu düşüncə həm tamamilə səhvdir, həm də saç baxımında bizi tənbəlləşdirir. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumaat görə, saçınıza yaxşı baxmadığınız müddətdə daha incə olur.

Saç telini qalınlaşdırmaq üçün saç necə yuyulmalıdır?

Kimyəvi şampunlardan uzaq durmaq lazımdır. İlk növbədə saçları düzgün və mütəmadi olaraq yumaq daha vacib bir detaldır. Saçlarınız əvvəlki canlılığını itiribsə, bu səhv bir şey edirsiniz deməkdir. Saçlarınızı çox qaynar su ilə və hər gün və ya gündə iki dəfə yuymamalısınız, əgər, 2 gündən bir saçınızı yumağa vərdiş etsəniz, onda hər şey qaydasına düşəcək.

Bitki mənşəli və ya apteklərdə satılan bitki şampunlarından istifadə saç tellərinizi qalınlaşdırmağa kömək edəcək. Saçlarınızı mütəmadi olaraq yusanız, kimyəvi maddələrdən uzaq durmaq şərti ilə alacağınız nəticə üzünüzdə təbəssüm yaradacaq.

Biotin tərkibli məhsullardan istifadə edin

Saç baxımında tez-tez üstünlük verilən və tökülməyə qarşı xüsusiyyətləri ilə tanınan biotin saçları daha davamlı edir və asanlıqla qırılmasının qarşısını alır. Beləliklə, saç daha az tökülür. Saçlarınızı içəridən möhkəmləndirmək və daha güclü saç tellərinə sahib olmaq üçün tərkibində "Biotin" olan saç baxımı məhsulları tapın.

Nə zaman daramalıyıq?

Saçların qırılmasının və incəlməsinin başqa bir səbəbi saçları nəm olduqda daramaqdır. Dolaşıq saçları yumşaq bir şəkildə açmaq üçün geniş dişli daraqdan istifadə edin. Yaş halda saçı daramayın.

Necə qurutmalıyıq?

Duşdan çıxdıqda saçlarınızı bir-birinə çəkməyin. Bu saçların qırılmasına səbəb olur. Saçlarınızın uzanmasını istəyirsinizsə, dəsmalla yumşaq bir şəkildə quruda bilərsiniz və ya saçlarınızı öz-özünə qurudub onlara qulluq edə bilərsiniz. Bu təbii saç qurutma üsulu asan, pulsuz və əla nəticələr verir.

Uclardan çox kökə qulluq edin

Saç köklərinin vəzifəsi saçlarını daha qalın etməkdir. Bu səbəbdən köklərə tətbiq edə biləcəyiniz maskalara üstünlük verməlisiniz və qan dövranını sürətləndirmək üçün saçlarınızı çox sıx yığmamalısınız. Hər yuma ilə saç dərisinə masaj etmək də saç köklərində qan dövranının sürətlənməsinə kömək edəcək və saçın keyfiyyətini artıracaqdır.

Pəhrizinizə diqqət yetirin

Əlbətdə ki, saçlarımız, vücudumuzdakı bütün orqanlar kimi, yediklərimizlə də əlaqəlidir. Təzə tərəvəz, meyvələr, süd və süd məhsulları kimi sağlam qidaları həyatımızdan çıxarmamalıyıq. Təbii qidaları yeməkdən yayınmadan qidalanmaq saçlara müsbət təsir göstərəcəkdir.

Gündəlik saç dərisi masajı

Saç dərisinə masaj etmək saçların dağılmasının qarşısını alır və onları daha sağlam göstərir. Saç dərisinə masaj etmək dəridə qan dövranını sürətləndirəcək və saçların daha sağlam böyüməsinə kömək edəcəkdir. Bu masaj saçları şampunlayarkən, təbii yağlar və maskalar tətbiq edərkən edilə bilər. Bunun xaricində, 10 dəqiqəlik seanslarda bu masajı rutinə çevirmək saç tellərini qalınlaşdırmağa və saç köklərini gücləndirməyə kömək edəcəkdir.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə