Niyə xərçəng oluruq: genetik və ya ətraf mühit? MARAQLI FAKTLAR

"Türkiyə və dünyadakı ölüm səbəbləri arasında ikinci sırada xərçəng xəstəliyi yer alır". SİA-nın verdiyi məlumata görə, bunu türkiyəli həkim Nurten Elkin deyib.

Onun sözlərinə görə, bu gün xərçəngin yüzdə otuz və əllisinin qarşısını almaq olar: "Bu ancaq risk faktorlarından qaçınmaq və erkən diaqnoz qoymaqla mümkündür. Xərçəngə səbəb olan faktorların yüzdə 90-ı ətraf mühit, yüzdə 10-u isə genetikdir".

Xərçəngin 10 faizi genetikdir

Xərçəng dünyada ürək-damar xəstəliklərindən sonra ölüm səbəbləri arasında yer alır. Ətraf mühit faktorlarına baxdığımızda alkoqol, tütün istifadəsi, infeksiyalar, zərərli qidalanma və piylənmə qarşısını ala bilən səbəblərdir.

Xərçəng ümumi xüsusiyyətlərinə görə bir çox xəstəliyə verilən ümumi bir addır.

Xərçəngin əlamətləri:

Sinədə ağrısız, böyüyən bir kütlənin əmələ gəlməsi qoltuqaltı, boyun, qasıq kimi bölgələrdə dərinin altında şişmə

Bilinməyən bir səbəblə kökəlmək və ya arıqlamaq

İştahsızlıq və yorğunluq

Sağalmayan yaralar

Uzun müddət öskürək

İshal və qəbizlik kimi bağırsaq vərdişlərindəki dəyişikliklər

Çətin və ya ağrılı sidik ifrazı

Yeməkdən sonra həzmsizlik

Çətin udma

Qarın ağrısı

Səbəbi açıqlanmayan gecə tərləri

Qanlı sidik

Burun və diş ətindən qanaxma

Nəcisdə qan

Dərinin altından qanaxma və asanlıqla göyərmə

Bir çox xərçəng növünün sağalma ehtimalı yüksəkdir

Simptomların səbəbi çox vaxt xərçənglə əlaqəli deyil, əgər şübhəli hal olarsa mütləq şəkildə həkimə müraciət olunmalıdır. Bir çox xərçəngə erkən diaqnoz qoyulsa və lazımi şəkildə müalicə edilərsə sağalma ehtimalı yüksəkdir. Cəmiyyətdəki fərdlər tütün məhsulları istifadə etməsi, adekvat və balanslı qidalanmasını təmin etməsi, fiziki aktivliyi artırması, sağlam bir çəki saxlaması və alkoqoldan çəkinməsi ilə xərçəngin qarşısını ala bilər. Bundan əlavə, hava çirkliliyinin qarşısının alınması, xüsusilə saat 10:00-16: 00 arasında günəş işığına məruz qalmamaq və qoruyucu tədbirlər görülməsi, xərçəngə səbəb olan "HPV" və "Hepatit B" kimi infeksiyalardan qorunma, kanserogen maddələrin peşə və ətraf mühitə məruz qalması da xərçəngdən qorunmada vacibdir.

Cəmiyyət məlumatlanmalıdır

Xərçəngin erkən diaqnoz proqramları ilə cəmiyyətin məlumatlanması vacibdir. Şəxslər simptomlarla qarşılaşdığı zaman həkimə zamanında müraciət etsələr, çox müsbət nəticələr əldə edəcəklər.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə