Körpə yox, böyümüş bir uşaq dünyaya gətirdim "TİK-TOK"

"Tik-tok"a yüklənən bir videoda doğuş hekayəsi sosial mediada yayılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, normadan çox çəkidə dünyaya gələn uşaq hamını vahimələndirib və anası "mən körpə yox, uşaq dünyaya gətirdim" deyib.

Amerikalı bir ananın "Tik-tok" sosial media platformasında paylaşdığı video 29 ​​milyondan çox adam tərəfindən izlənilərək, 7 milyon 400 min dəfə bəyənilib, 108 mindən çox şərh alıb, təxminən 300 min dəfə paylaşılıb. Beləliklə, internetə yayılan video sosial media platformalarının ən çox danışılan hadisəsi olub.

Bəs bu videonu bu qədər xüsusi edən nədir?

"Tik-tok" istifadəçi adı "@shans1588" olan amerikalı ana ikinci övladının doğum hekayəsini paylaşıb. Bu doğuşu qeyri-adi edən şey, körpənin çəkisinin 6 kilo 350 qram və boyunun 60 santimetrdən çox olmasıdır. Misli görünməmiş dərəcədə doğulmuş bir körpə üçün anası "Mən körpə doğmadım, böyümüş bir uşaq doğdum" ifadəsini işlədib. "Keser" doğumuna 1 deyil, 2 mama-cərrah qatılıb.

Hamiləliyin 38-ci həftəsində bu çətin doğuşu izah edən mamalıq və ginekologiya şöbəsi körpə üçün uyğun uşaq bezi və paltar tapa bilməyib. 6 aylıq körpələr üçün istifadə olunan uşaq bezi və 9 aylıq körpələr üçün uyğun paltar gətiriblər.

Dünya standartlarına görə körpələrdə normal doğuş ağırlığı 3,5 kiloqram, boy isə 50 santimetr olaraq qəbul edilir. Bu standartları aşan sağlam körpə, doğulduqdan sonra 11 gün reanimasiya şöbəsində yatmalıdır amma o ailəsi ilə birlikdə evinə gedib.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə