2021-ci ilin 5 məşhur əl çantası rəngi - BUNLARDIR - FOTOLAR

Çantalardan danışarkən ağla yalnız qara və qəhvəyi rənglərin gəldiyi dövrü bitirdik. Rəng dövrü. Bəli, çantada da! Bu il darıxdırıcı qara və qəhvəyi rənglərlə qarşılaşmayacağıq. Çölə çıxmaq və özünüzə parlaq rəngli bir çanta almağın vaxtı gəlib. SİA olaraq gəlin bu ilin moda çanta rənglərinə nəzər salaq.

Yaşıl - Əvvəllər bu rəngli çantadan istifadə edib etmədiyinizi bilmirik, lakin "Bottega Veneta"-dan olan bu çanta ürəyi valeh edir. Krem tonlarında kətan şalvarla necə gözəl yaraşdığını düşünün. Çantan kombininin ulduzu olacaq, sən yox.

Sarı - Tam yay rəngi. Xüsusilə zaqar dərilərlə düşünün. "Fendi" çantanız, klassik jeans və bir cüt babetlə hər yerə gedə bilərsiniz.

Çəhrayı - Gündüzdən-gecəyə gününüzü yalnız bir çanta ilə keçirə bilərsiniz. Səhər cins şalvarla evdən çıxıb, axşam da qara paltarınızla yenidən çölə çıxmaq mümkündür.

Qırmızı - Hər növ paltarla birləşdirə biləcəyiniz mükəmməl bir rəngdir.

Narıncı - Uşaqlıqda ən çox sevdiyimiz rənglərdən biri idi. Böyüyəndə nədənsə narıncı rəngin istifadəsini dayandırdıq. Bu yay hər yer narıncı rəngə boyanıb.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə