Ana südü koronavirusdan qoruyurmu? MARAQLI MƏQAMLAR

Ana südü körpəni koronavirusdan qoruyur. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, həkim Emin Dəmirpolat koronavirus testinin nəticəsi pozitiv olan anaların gigiyena qaydalarına diqqət edərək körpəni doyura biləcəyini söyləyir.

Virusla mübarizə aparan günlərdə ən böyük narahatlıqlardan biri süd verən ananın körpəsinə xəstəlik yoluxdurması təhlükəsidir. Uşaq sağlamlığı və xəstəlikləri üzrə həkim olan Emin Dəmirpolat məsələyə aydınlıq gətirib.

Onun sözlərinə görə, gigiyena qaydalarına diqqət edərək ana südü ilə qidalanmanın zərəri yoxdur: "Hal-hazırda Covid-19 ən aktual mövzulardan biridir. Covid-19 analarda daha çox rast gəlinir. Covid-19 olan ana körpəsinə ana südü verə bilər. Lakin, maska, məsafə və digər qoruyucu tədbirlərə də əməl etmək lazımdır. Ana südü verən valideyn uşağını yoluxdurmamaq üçün maska taxmalı, əllərini tez-tez yumalıdır. Bütün hallarda gigiyenaya riayət etmək lazımdır. Çünki, Covid-19-dan başqa mikroblar da körpəni narahat edə bilir.

Həkim onu da qeyd edib ki, əgər anada Covid-19 varsa, südə də mikrob keçir: "Mikrob süddən körpəyə keçərsə, körpə də xəstələnəcəkdir. Heç vaxt belə bir şey yoxdur. Ana südü körpəni qoruyur, bunu heç vaxt unutmayın. Ana gigiyena qaydalarına riayət edərək, körpəsinə süd verə bilər".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...