Heyvanlar yuxu görür? MARAQLI FAKTLAR ORTAYA ÇIXIB

Karantin səbəbindən hamımız evdə olduğumuz üçün, ev heyvanları ilə çox vaxt keçiririk. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu müddət ərzində ev heyvanlarınızın yatarkən fərqli davrandıqlarını görə bilərsiniz. Qaçmaq və səs çıxarmaq bunlardan bəziləridir.

Bəs heyvanlar insanlar kimi xəyal edir? Heyvanlar yuxularında nə görə bilər?

Heyvanların yuxu görməsi barədə dəqiq bir məlumat olmasa da, bəzi təcrübələr onların yuxu gördüyünü göstərir. İnsanlar heyvanlarda da rast gəlinən 'REM' adlı yuxu mərhələsində xəyal qururlar. Göz bəbəklərinin hərəkəti ilə fərqlənən bu mərhələdə, beynin elektrik aktivliyini ölçən "EEG" cihazı ilə alınan qrafik insan və heyvanlarda eyni xüsusiyyətlərə sahibdir.

Bir çox heyvanı sahibi itlərin yatdıqdan bir müddət sonra yuxuda tərpənəcəklərini, uğultayacaqlarını və ya müxtəlif səslər çıxaracaqlarını bilirlər. Mütəxəssislər bunların böyük ehtimalla xəyalların yaratdığı şüur ​​qarışığının təsiri olduğunu söyləyirlər.

Heyvanlar nəyi xəyal edirlər?

Heyvanların xəyal qurduqlarını soruşmaq mümkün olmasa da, müşahidələr onların da xəyal etdiklərini göstərir. Tədqiqatçılar bu məsələni araşdırmaq üçün iki yol seçiblər. Birincisi, müxtəlif yuxu mərhələlərində heyvanların fiziki davranışlarını araşdırmaq, ikincisi isə yuxu zamanı beyin fəaliyyətinin insan beyninə bənzədiyini anlamaqdır.

1960-cı illərdə insanların yuxunun "REM" mərhələsində (sürətli göz hərəkətlərini ehtiva edən faz) maraqlı hərəkətlər etdiyi müəyyən edildi. Bu, maraqlı bir tapıntı idi, çünki yuxu zamanı əzələlərin iflic olduğu düşünülür.

Tədqiqatçılar heyvanlarda bənzər bir vəziyyət yaradaraq necə xəyal qurduqlarını öyrənə biləcəklərini düşünürdülər. 1965-ci ildə fransız bir alim, pişiyin beyin sapını orginal beyinlə birləşdirən, "varoli körpüsü" adlanan hissəni çıxardıqda, pişiyin yuxu iflicinin yox olduğunu, gəzməyə və aqressiv olmağa başladığını görüb. Bu vəziyyət pişiklərin oyaqkən etdikləri fəaliyyətləri xəyal etdikləri qənaətinə gətirib çıxarır. Pişiklərin yatarkən siçan ovladıqlarına bənzədikləri və bənzər davranışların itlərdə olduğu da aydınlaşıb.

Pişiklərin, siçovulların və quşların beynindəki bu fəaliyyətlərin yuxu adlandırıla biləcəyi mübahisəli bir mövzudur. İnsanlar da yuxu vaxtı xəyal qurduqlarını bilmirlər, ancaq oyandıqda bunu başa düşürlər. Eyni şeyin heyvanlara aid olub olmadığı hələ dəqiq deyil. Həmçinin, heyvanların gerçək dünya ilə yuxu arasındakı fərqi ayırıb ayırd edə bilməyəcəyi hələ aydın deyil. Lakin, mütəxəssislər insan yuxusunun psixoloji və davranış xüsusiyyətlərinin heyvanlarda da müşahidə edildiyini söyləyirlər.

Ayşən Vəli

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə