Yadplanetlilərlə təmas qurmamaq çağırışı Mitio Kaku bunu təhlükəli hesab edir

New York City Collecinin nəzəri fizika professoru və tanınmış alim Mitio Kaku bəyan edib ki, yer planetindən kənar inkişaf etmiş mədəniyyətlərlə əlaqə qurmağın təhlükəli ola biləcəyinə inanır. SİA xəbər verir ki, bu barədə Sputnik News məlumatyayıb.

Alim, bəşəriyyətin inkişaf etmiş yad mədəniyyətlərin izlərini tapması və ya yaxın gələcəkdə onlarla təmasda olmanı şans adlandırıb. O, qeyd edib ki, bu, yerə bənzər soyuq qayalı ekzoplanetləri tapmağa və öyrənməyə imkan verəcək böyük həssaslığa sahib olan James Webb Space Teleskopunun istismara verilməsi sayəsində baş verə bilər.

Xatırladaq ki, tədqiqatçıların əksəriyyəti yadplanetlilərlə əlaqə qurmağa çalışmaq lazım olduğunu düşünür, amma Mitio Kaku bunu dəhşətli bir fikir, ideya adlandırıb. O, bəyan edib ki, yerdən kənar həyat formaları ilə təmas İspaniyanın Aztek imperatorluğunun XVI əsrdə fəthi ilə müqayisə edilə bilər. Eyni zamanda, alim yadplanetlilərin mehriban, xoşrəftar olma ehtimalını da istisna etməyib. Bununla yanaşı, alim qeyd edib ki, insanlığın belə bir risk etməsinə dəyməz.

Diqqətə çatdıraq ki, bir qədər əvvəl ABŞ Milli Kəşfiyyatının keçmiş direktoru Ceyms Vulfun Amerika təyyarələrinin Uçan Naməlum Obyektlə qarşılaşmalarından danışdığı bildirilmişdi.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə