"Dırnaq yemək koronavirus riskini artırır". SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Altınbaş Universitetinin müəllimi İpek Ada Alver deyib.
Onun sözlərinə görə, pandemiyanın yaratdığı stres və gələcək həyəcan dırnaq yemə, yara və sızanaqlarla oynamaq, cızmaq, saç və kirpik qoparmaq kimi psixoloji qeyri-iradi toxunma xəstəliklərinin artmasına səbəb olur: "Bu davranışlar psixologiyaya təsir etməklə yanaşı, yoluxucu xəstəliklərin inkişaf riskini də artırır. Əllər yuyulmadan ağıza, üzə və buruna aparıldıqda və ya dırnaqlar yeyildikdə, barmaqlarla dırnaqlar arasında virus hissəcikləri hüceyrəyə daxil olub çoxalaraq insana yoluxur. Bu, koronavirusa yoluxma ehtimalını artırır".
İxtisasca həkim olan İpek Ada Alver onu da qeyd edib ki, dırnaq yemə xəstəliyinin yalnız Covid-19 infeksiyası riskini artırmır, həm də bağırsaqlarda parazit əmələ gəlməsinə səbəb olur: "Üzvi qalıqlar, kir, qida qalıqları, bakteriyalar, viruslar, parazitlər ağız yolu ilə bütün bədəni yoluxdura bilər. Əllərin yuyulmaması, dezinfeksiya edilməməsi və tualetin gigiyenasına əhəmiyyət verilməməsi immunitet sistemini aşağı salan, uzun müddətli müalicə tələb edən bir çox yoluxucu xəstəliklərə, xüsusilə, parazitar xəstəliklərə səbəb ola bilər".
Həkim son olaraq da deyib ki, mütəxəssisdən psixoloji dəstək alarkən, infeksiya baxımından lazımlı müayinələr edilməli, mikroorqanizmlərin növü müəyyən olunmalı və müalicəyə başlanılmalıdır: "Dırnaqları qısa tutmaq, əlləri mütəmadi olaraq yumaq, əl gigiyenası ilə bağlı məlumatlanmaq lazımdır. Dırnaq yemə xəstəliyindən əlavə, qaynaq və uzun dırnaqlar da mikroorqanizmləri çirkləndirir. Uzun və qaynaq dırnaqlar mikroorqanizmlərin böyüməsi və yaşaması üçün çox əlverişli mühitlərdir. Dırnaqları uzun tutmaq, qaynaq taxmaq, çıxan dırnaq boyalarını bərpa etməmək mikroorqanizm yuvasına çevrilməsinə səbəb olur. Bu vəziyyət müxtəlif yoluxucu xəstəliklərin, xüsusən də Covid-19-un yayılmasına səbəb olur".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB