“Telegram” messencerinin qurucusu Pavel Durov, “Forbes” jurnalına görə ilk dəfə Rusiyadan olan milyarderlərin ilk onluğuna daxil edilib. SİA bu barədə rus mətbuatına istinad edir.
Jurnalın təqdimat reytinqində səkkizinci yerdə göstərilən Durovun sərvətinin hazırda 17,2 milyard dollar olduğu təxmin edilir.
Qeyd edək ki, “Forbes” jurnalında Pavel Durovun Rusiya vətəndaşı olduğu göstərilsə də, əslində o, Birləşmiş Ərəb Əmirliyi ilə əlaqəlidir.
Ümumiyyətlə, “Forbes” jurnalının təqdim etdiyi dünya reytinqində rusiyalı milyarder 112-ci yerə yüksəlib. Xatırladaq ki, Durov təqdimat reytinqində 2020-ci ildə 565-ci, 2019-cu ildə 838-ci, 2018-ci ildə 1394-cü yerdə göstərilirdi.
Onu da xatırladaq ki, bundan əvvəl Durov “Telegram”ın qlobal populyarlığının sirrini açıqlamışdı.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB