Boyat çörəkləri atmayın BU CÜR QAYDADA İSTİFADƏ EDİN

Gündəlik aldığımız çörəyin bir hissəsi qalanda, ertəsi gün yemirik. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, artıq qalan çörəkləri atmaq əvəzinə gündəlik həyatımızda səmərəli istifadə edərək, dadlı reseptlər hazırlaya bilərik.

Bildiyimiz kimi çörək cəmiyyət tərəfindən müqəddəs sayılan qida mənbəyidir. Boyat çörəkləri tullamaq əvəzinə müxtəlif üsullarla hazırlanan reseptlərdən istifadə edə bilərsiniz.

Boyat çörəkdən istifadə üsulları bunlardır:

1. Yumurta çörəyi: Çörəyiniz 1 gün əvvəl qalıbsa, səhər yeməyində alternativ olaraq yumurta çörəyini hazırlaya bilərsiniz.

2. Pendir çörəyi: Çörəyiniz 1 gündən çox qalıbsa, onu dilimləyin, üzərinə pendir, yumurta, istiot qoyun və sobaya bişirin. Çox dadlı bir səhər yeməyi alternativi olur. Xəmir unu: Boyat çörəyi sobaya qoyun və yaxşıca qurudun. Qurudulmuş çörəyi mətbəx robotundan keçirtdiyiniz zaman xəmir unu alırsınız.

3. Tirit: Boyat çörəyi qaba düzün. Soğanı duzla yaxşıca əzin. Qaba düzdüyünüz çörəklərin üzərinə sürün və üzərinə qaynadılmış suyu tökün. 180 dərəcə qızdırılmış sobada bişirin.

4. Köftəlik boyat çörək: Qalan boyat çörəyi birbaşa dondurucuda saxlayın. Köftə hazırlayanda onu çıxarın və istifadə edin.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə