Saçları məhv edən 7 vərdiş MARAQLI FAKTLAR

Bahalı şampunlardan istifadə etməyinizə baxmayaraq, saçlarınız hələ də baxımsız görünə bilər. Bunun səbəbi səhv gündəlik vərdişlər etməkdir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, saçlarınızı qurutmaqdan istifadə etdiyiniz rezinə qədər bir çox vərdiş onların zədələnməsinə səbəb olur.

1. Yun geyimlər

Yun geyimlər soyuq havalarda çox seçilsə də, saçlara zərər verir. Elektrik yığır və saçlarınızın paltarlara ilişməsinə səbəb olur. Nəticədə, saçqıran yaranır. Xüsusilə, yağışlı günlərdə saçlarınız daha tez qırılır. Buna görə də, yun geyimlərdən uzaq durmaq məsləhətdir.

2. Konservləşdirilmiş ton balığı yemək

Konservləşdirilmiş ton balığı çox qidalandırıcıdır. Ağır metal olan civə də ciddi sağlamlıq problemləri gətirir. Araşdırmalara görə, civə istifadə etmək qəfil saç tökülməsinə səbəb ola bilər.

3. Dəsmal və ya fen istifadəsi

Duşdan sonra çox adam saçını dəsmala bükərək qurudur. Bu zaman saçqıranların yaranması üçün şərait yaranır. Saç qurutma maşınından müntəzəm istifadə saçların həm kövrək, həm də solğun olmasına səbəb olur. Saçlarınızı düzgün qurutmaq üçün saç qurutma maşınını başınızdan 15 santimetr aralı saxlayın.

4. Kauçuk rezinlərdən istifadə

Saçlarınızı kauçuk rezinlə yığmaq uzun müddət saçların qırılmasına səbəb ola bilər. Saçınızı bir quyruqda yığmağı sevirsinizsə, rezin yerinə parça seçin.

5. Saç kremini diblərə tətbiq etmək

Saç kremi saç tellərini yumşaltmaq və qidalandırmaq üçün vacibdir. Ondan səhv istifadə saçların dolaşıq görünməsinə səbəb ola bilər. Kremin diblərə çəkilməsi saçları ağırlaşdıra və yağlı göstərə bilər. Saçınızın sağlamlığı üçün kremi yalnız saçın uclarına çəkin.

6. Quru şampundan çox istifadə edilməsi

Dar vaxtlarda quru şampun tam bir xilaskar ola bilər. Lakin, çox tez-tez istifadə etmək baş dərinizin qaşınmasına, qurumasına səbəb olur. Ən pisi, saçlarınızın uzanmasına təsir göstərə bilər. Gələcəkdə kəpəyə səbəb ola bilər.

Ayşən Sadıxzadə

Bütün xəbərlər Facebook səhifəmizdə