Gəlin birlikdə ət yuyarkən nəyin doğru və nəyin səhv olduğunu öyrənək. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bir çox insan evdə yemək bişirərkən, ətləri soyuq suda isladır, hərtərəfli yuyur və süzdükdən sonra pişirmə mərhələsinə keçirlər. Bu zaman peşəkar mətbəxin aşpazları ediraz edirlər.
Əti yumayın
Aparılan araşdırmalara görə ət yuyulmasının əsas səbəbi ondakı artıq maddələrdən qurtulmaq və bakteriyaları məhv etməkdir. Nəmləndirmə və durulamanın bu bakteriyaları məhv etdiyinə inanılır. USDA-nın araşdırmalarına görə, bəzi bakteriyalar ətin üzərində yapışıb qala bilər. Başqa sözlə, yuma prosesi belə bu bakteriyalardan qurtulmanıza imkan vermir, əksinə daha sürətli böyüməyə zəmin yaradır. Bu vəziyyəti nəzərə alaraq ağ ətin və ya qırmızı ətin yuyulmasına ehtiyac olmadığı deyilir. Ətdə çirkli səthlərə rast gəlinirsə, bu hissələr yuyulmaq əvəzinə kəsilməlidir. Yumaq yalnız çirklənmədə olan bakteriyaları yaymaqla yanaşı, ətlərə hopdurduğu üçün bakteriyaların asanlıqla çoxalmasına kömək edir.
Kifayət qədər bişirildikdə mikroblar ölür
"Journal of food protection" jurnalının apardığı araşdırmaya görə, ətdəki bütün bakteriyaları məhv etmək və təhlükəsiz istifadə etmək üçün əslində onu müəyyən bir temperaturda bişirmək kifayətdir. Xüsusilə ağ ətin 73 dərəcə və daha artıq bişirilməsi xüsusilə bakteriyaları məhv etmək üçün əla metoddur.
Başqa bir inanc budur ki, ağ və ya qırmızı ətin isti suda yuyulması bütün bakteriyaları məhv etməyə kömək edir. Lakin, aşpazların bu suallara verdiyi cavablara görə isti suda sirkə və soda kimi maddələrin dəstəyi ilə ət yuyulmasının heç bir faydası yoxdur. Əksinə, isti suda yuyulmaq ətin quruluşunu poza bilər.
Sirkə kimi turşu maddələr marinad edərkən ləzzəti artıra bilər, lakin ətin təmiz olması üçün üstünlük verilən üsul hesab olunmur. Çörək soda və limon kimi maddələrin birləşməsi isə onun ləzzətini poza bilər. Bu səbəbdən ətin digər maddələrlə, xüsusən isti və ya soyuq su ilə belə yuyulması məsləhət deyil.
Bütün bunlardan əlavə, ətin yuyula biləcəyi bəzi hallar var. Misal üçün; Əgər ətin üstündə çirk və ya xoşagəlməz bir şey varsa, ətin təmiz olduğundan əmin deyilsinizsə və onu istifadə etməlisinizsə yumalısınız.
Əgər hələ də ətinizi yumaq istəyirsinizsə,bu vəziyyətdə diqqət yetirməli olduğunuz müəyyən məqamlar var. Misal üçün: Ətin bütün qanını süzərək, yumağa başlayın. Bütün qanı süzdükdən sonra soyuq su ilə yuyulmasına diqqət yetirin. İsti suda yuyulmaq hətta ətin az bişməsinə və faydasını itirməsinə səbəb ola bilər.
Əti duzlu suda gözlətməyin. Bu, onun pis dadmasına səbəb olacaqdır. Ətin otaq temperaturunda açıq qalması daha çox bakteriya və mikrobun olmasına səbəb olur. Bu səbəbdən, suda saxlamaq istədiyiniz zaman mütləq ağzı bağlı vəziyyətdə soyuducuya yerləşdirin. Bu şəkildə yuduğunuz ətlər daha dadlı olacaq.
Ayşən Sadıxzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB