Kosmosda ilk bədii film çəkiləcək

Rusiya Televiziyasını Birinci Kanalı və “Yellow, Black and White” studiyası kosmosda ilk bədii filmi çəkəcək.

SİA "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, filmin baş qəhrəmanı Beynəlxalq Kosmik Stansiyaya 2021-ci ildə “Soyuz MS” gəmisində göndəriləcək. Kinonun işçi adı “Çağırış”dır. Baş qəhrəman və onun dublyoru açıq müsabiqə nəticəsində müəyyən ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...