Türkiyədə 106 yaşlı qoca COVID-19-dan müalicə olunaraq sağalıb

Türkiyənin Çorum vilayətində yaşayan 106 yaşlı Davut Özturan COVID-19-dan müalicə olunaraq sağalıb.

SİA xəbər verir ki, qarın ağrısı və nəfəs darlığı şikayətləri ilə xəstəxanaya müraciət edən yaşlı kişinin koronavirus testi pozitiv olub. Bir müddət evdə karantinə alınan bu şəxsin ikinci testinin nəticəsi neqativ çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə