“Amazon” korporasiyasının rəhbəri Ceff Bezosun keçmiş arvadı Makkenzi Skottun sərvəti 68 milyard dollara çatıb. SİA xəbər verir ki, “Bloomberg”-in məlumatına görə, bununla da Makkenzi Skott, dünyanın ən zəngin qadını olub.

“L'Oreal” kosmetika şirkətinin sahibi Fransuaza Bettankur-Mayersi də Skott siyahıda qabaqlayır. Diqqətə çatdıraq ki, Mayersin sərvəti 66,8 milyard dollar qiymətləndirilir.
İyul ayında Skott böyük pərakəndə ticarət şəbəkəsinin qurucusu Elis Ualtonun qızını da üstələyib. Bezosun keçmiş həyat yoldaşı dünyanın ən varlı adamlarının ümumi sıralamasında 12-ci yerdədir. O, keçən ilin iyul ayında boşanma nəticəsində dünyanın ən böyük onlayn satış şəbəkəsi olan “Amazon”dan 4 faiz pay alıb. Rəsmi boşanma zamanı səhmlər təxminən 38,3 milyard dollar təşkil edib. Lakin pandemiya dövründə şirkətin səhmlərinin dəyəri kəskin şəkildə artıb.
Xatırladaq ki, Bezosun sərvəti hal-hazırda 207 milyard dollardır. O, bu cür statistikanın aparıldığı müddət ərzində sərvəti 200 milyard dolları keçən ilk şəxs olub.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə