"Microsoft" iki ekranlı smartfonunu satışa çıxaracaq FOTO - VİDEO

"Microsoft" şirkəti sentyabr ayında iki ekranlı Surface Duo smartfonunu satışa çıxaracaq. SİA xəbər verir ki, cihazın qiyməti 1399 dollardan başlayacaq.

Xatırladaq ki, şirkət Surface Duo smartfonunu 2019-cu ildə nümayiş etdirib. Bu model Snapdragon 855 prosessoru, iki 5,6 düymlük OLED ekran, 6 Gb operativ və 256 Gb daxili yaddaş ilə təchiz edilib.

Bundan əlavə, smartfon 4K, HDR və “super zoom” çəkiliş funksiyalarını dəstəkləyir. “Microsoft”un verdiyi məlumata görə, Surface Duo smartfonunu gündə bir neçə dəfə “zaryadkaya” qoymağa ehtiyac yoxdur.
Eyni zamanda, Surface Duo bütün Android və Microsoft 365 tətbiqlərini dəstəkləyəcək.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə