Messi anti-koronavirus döşəyindən istifadə edir

"Barselona"nın kapitanı Lionel Messi koronavirusdan qorunmaq üçün fərqli üsula əl atıb. SİA "Mundo Deportivo"ya istinadən xəbər verir ki, argentinalı hücumçu anti-koronavirus döşəyində yatır. Belə ki, bu döşəklərin üzəri virusu məhv edən nanohissəciklər yerləşdirilmiş parça ilə örtülüb. Nəticədə hər hansı bir virus 4 saat ərzində məhv edilir. Bu vasitənin koronavirusdan qoruma dərəcəsi 99.84 faiz kimi qiymətləndirilir. Bundan əlavə döşəklər modelindən asılı olaraq müxtəlif funksiyalara- ayaq masajı və s. xüsusiyyətlərə malikdir. Xəbərdə o da qeyd edilib ki, Messi döşəklərdən məmnun olduğu üçün onu evlərinin bütün otaqlarına quraşdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...