Məşhur virusoloq Rusiyada koronavirusun ikinci dalğasının mümkün vaxtını bildirib

Məşhur virusoloq Rusiyada koronavirusun ikinci dalğasının mümkün vaxtını bildirib

Virusoloq Anatoli Altşteyn Rusiyada koronavirusun ikinci dalğasının mümkün vaxtını bildirib.

SİA xəbər verir ki, mütəxəssis “Komsomolskaya Pravda”ya açıqlamasında ikinci dalğanın oktyabr-noyabr aylarına təsadüf edəcəyini deyib.

O, əlavə edib ki, COVID-19-un mövsümi hərəkətliliyi dəqiq ifadə olunmadığından, onun isti havada "sakitləşəcəyi" ümidləri doğrultmadı: "Ancaq görünür, oktyabr-noyabr aylarında - sərin və nəm iqlim şəraitində koronavirus daha aktiv olur”.

Bütün xəbərlər Facebook səhifəmizdə