Finlandiyanın Baş Naziri sabiq futbolçu ilə ailə həyatı qurub

Finlandiyanın Baş Naziri Sanna Marin sabiq futbolçu Markus Raykkonenlə evlənib.

SİA xəbər verir ki, bu barədə xanım nazir özünün "İnstaqram" səhifəsində bildirib. Toy S.Marinin iqamətgahında dostlar və qohumların əhatəsində keçib.

Qeyd edək ki, bu, baş nazirin ilk evliliyidir. Onun Raykkonenlə münasibətləri artıq 16 ildir davam edir. Cütlüyün 2,5 il yarım əvvəl qız övladı dünyaya gəlib.

Əlavə edək ki, M.Raykkonen 2009-cu ildə futbolçu karyerasını başa vurub. O, karyerası ərzində Finlandiyanın TPV və "İlves" klublarında oynayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə