Məşhur rəssam Rembrandtın avtoportreti rekord məbləğə satılıb

Rembrandtın 1632-ci ildə yaratdığı Harmen van Reyn rəsmi Londonda rekord 14.5 milyon funta (18.7 milyon dollar) satılıb.

SİA-nın "Sotheby’s" xərrac evinə istinadən verdiyi məlumata görə, ilkin olaraq rəsmə 12-16 milyon funt (15-20 milyon dollar) qiymət qoyulmuşdu.

Rəssam sənət əsərini 26 yaşında olarkən çəkib. Bu Rembrandtın özünü rəsmi geyimdə - ağ yaxalıq və qara şlyapada təsvir etdiyi iki rəsmdən biridir. Sənətkarın əvvəlki rekord qıran digər avtoportreti 6.9 milyon funt sterlinqə satılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə