“Sauthempton” – “Mançester Siti” matçı televiziya tarixinə düşüb

Futbol üzrə İngiltərə çempionatının 33-cü turunda keçirilən “Sauthempton” – “Mançester Siti” matçı tarixə düşüb.

SİA Britaniya mətbuatına istinadən xəbər verir ki, BBC-də yayımlanan görüşü 5 milyon 700 min insan izləyib. Bu isə Premyer Liqa tarixində televiziyadan ən çox izlənən matç olub.

Qeyd edək ki, sözügedən qarşılaşmada “Mançester Siti” rəqibinə 0:1 hesabı ilə uduzub.

Bütün xəbərlər Facebook səhifəmizdə