koronavirusa yoluxmuş və müalicə olunmaqdan imtina etmiş tibb bacısı evində ölüb

Rusiyanın Mixailovski Mərkəzi Rayon Xəstəxanasında koronavirusa yoluxmuş tibb bacısı müalicə olunmaqdan imtina edib.

SİA "volgasib.ru" saytına istinadən xəbər verir ki, infeksiyaya yoluxan tibb bacısı yaşadığı ünvanda dünyasını dəyişib.

Hazırda xəstəxanada ölümlə bağlı araşdırma davam edir. Məlum olub ki, tibbi personaldan daha ikisi koronavirusa yoluxub.

On tibb işçisinin karantinə alındığı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə